Mayılovun bəxşi – Opera binası

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı

mde
Şah İsmayıl Operası – M.Maqomayev

Bir çoxlarımızın yanından ötüb keçdiyi, önündə şəkil çəkdirdiyi və səhnəsində möhtəşəm opera və balet tamaşalara baxdığı bu binanın tarixindən bixəbərik. Son aylar hər həftəsonu teatra gədərək, hər dəfəsində daha da valeh olduğum həmin bina haqqında özüm üçün araşdırdıqlarımı sizinlə də ləngitmədən paylaşmaq istədim.

İlk onu qeyd etmək olar ki, Bakıdakı bir çox əhəmiyyətli bina kimi maraqlı hadisə sonrası tikilməklə özünəməxsus hekayəsi vardır. Binanın yaranma tarixi 1910- cu ilin sonunda Rusiyanın məşhur bir opera müğənnisinin Bakıya qastrola gəlməsi və onun şərəfinə verilən bir ziyafətdə başlayır.  Milyonçulardan olan Mayılov qadına bir də Bakıya nə zaman gələcəyini sorur, qadın isə cavabında – “Heç vaxt!” deyir. Mayılov səbəblə maraqlandığı zaman sənətçi qadın bildirir ki, “Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?” Bakılı milyonçu sözlərdəm təsirlənərək  və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək.

 

1538726563618339617_1000x669

Bina üçün o zamanki Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti işlərinə başlayır. Hər zaman belə təşəbbüslər hansı Azərbaycanlı milyonçusu tərəfindən xoş qarşılanıb?! Əlbəttəki, H.Z. Tağıyev. Milyonçu bu cür təşəbbüsdən sevinsə də, Mayılova bildirir ki, belə bir binanın bir ilə tikilməsi qeyri- mümkündür. İki milyonçu əgər bina nəzərdə tutulan vaxtda tikilərsə, bütün xərclər Tağıyev tərəfindən ödəniləcək deyə mərc gəlirlər.

LRM_EXPORT_39253138709190_20190610_114527574[1]

Bina cəmi 10 ay müddətində–, 1910- 1911–  ci illərdə memar Niklay Bayev tərəfindən tikintisi başa çatır. Bina üç mərtəbəli və qotik üslubdadır.

Qeyd: Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 12 (25)-ndə tamaşaya qoyulmuş “Leyli və Məcnun” operasından başlanır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı — Birləşmiş Dövlət Teatrı kimi 1920-ci ildə yaradılıb. 1924-cü ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil opera və balet teatrı (Azərbaycan və rus bölmələri ilə) fəaliyyət göstərib.Azərbaycanda ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu əzəmətli binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M.F.Axundovun adı verilmişdir. 1959 – cu ildən Akademik Opera və Balet Teatrı adlanır.

Advertisements

Haşımovların Mülkü – Foto

Haşımovun mülkü 1908-ci ildə tikilməyə başlamışdır.

Binanın kifayət qədər böyük, dörd mərtəbəli və möhtəşəm olmasına baxmayaraq, binanın tikintisi cəmi bir ilə,- 1909-cu ildə başa çatıb.

 

LRM_EXPORT_42021601267895_20190329_162722821

 

 

 

 

 

Haşımovun mülkünün iki giriş qapısı vardır. Binanı maraqlı edən cəhətərdən biri də birinci və ikinci mərtəbənin eyni hündürlükdə,üçüncü və dördüncü mərtəbənin daha hündür olmasıdır.Əminliklə demək olar ki, Haşımovun mülkü Bakıda tikilmiş tarixi binalar arasında otağın hündür olan binalardandır. Burada otaqların (tavanın) hündürlüyü beş metrə qədər gəlib çatır, divarlar hədsiz dərəcədə qalındır (ona görə də 2000- ci ildə olan zəlzələ dənizdən doğru Haşımovun mülkü istiqamətində olsa belə, heç bir fəsad törətmədi).

 

 

This slideshow requires JavaScript.

Binanın ən gözəl cəhətlərindən biri də ondan ibarətdir ki, onun forması qeyri-standartdır. Binanın içindəki mənzillərdə düzbucaqlı formasında deyildir.

Əvvəllər Haşımovun mülkü ətrafında çox maraqlı mağazalar varmış.Bu haqda Manaf Süleymanovun “Oxuduqlarım, Eşitdiklərim və Gördüklərim” kitabında bu haqda maraqlı məlumatlar vardır.Burada köynək mağazaları varmış və sözügedən mağazalar çox qəribə reklam edilib. Köynəkləri torba formasında ,içinə su dolduraraq  göydən asılarmış və o köynəklərdən bir damla da olsa yerə sızmazmış.

 

Azərbaycan bədii filmlərinin bir neçəsi də bu möhtəşəm mülkün qarşısında lentə alınıb.“İstintaq” bədii filmində “Firuzə” cavahirat mağazasından çıxan Şəfiqə Məmmədova və Aleksandr Kalagenin mağazaların qarşısı ilə irəliləyərək Şəfiqə xanmın “taksi” deməsinə qədər olan epizod məhz bu mülkün yanında çəkilib.

Digər bir epizod isə, 1969-cu ildə Eldar Quliyevin lentə aldığı “Bir cənub şəhərində” filmindədir. Filmin bir epizodunda Natavanın heykəlinin yanında lentə alınıb. Filmin qəhrəmanı heykəlin yanında dayanaraq pəncərədəki gözəl xanıma baxır.

LRM_EXPORT_42356372047455_20190329_163257591[1]

Bu binada Azərbaycan partiyasına rəhbərlik etmiş, İmam Mustafayev və həmçinin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan Ələviyə xanim Babayeva da məhz, bu mülkdə yaşamışlar.

Azərbaycanın tarixi binaları – Hacınskinin mülkü

Bakıda tarixi binalar yetəri qədər çoxdur. Onların çox hissəsi Bakının mərkəzində olmaqla yanaşı tikilməsi inqilabdan əvvəlki dövrə təsadüf edir.

İlk olaraq, İsa bəy Hacınksinin Nefçilər prospektində yerləşən əsrarəngiz mülkü ilə başlamaq istədim.

1438856441_img_7090

Qız Qalasının yanında sözügedən binanın bünövrəsi qazılan zaman o vaxtın bəzi insanlarının etirazlarına səbəb olmuşdur. Qazma işlərinin yəni, mexanizmlərin işləməsi yaxınlıqda olan Qız Qalasına vərər yetirə bilər deyə iddialar var idi. Amma dövrün ağıllı insanları söyləmişdirlər ki, Qız Qalası nəhəng bir qaya parçası üzərində tikildiyindən  burada olacaq hər hansı tikintinin Qız Qalasına heç bir zərəri olmayacaqdır.

Binanın tikilməsi haqqında 2 fərziyə mövcüddur:

Bunlardan biri, öz qohumu olan gənc tərəfindən tikildiyi haqqındadır. Bakı milyonçusu təhsil üçün gənci xaricə göndərir və bütün xərcləri qarşılasa da ona cib xərci verməyi nədənsə unudur və geri dönən gənc binanın tikintisini həyata keçirərək kanalizasiya sistemini isə elə bu səbəbdən quraşdırmır.

Digər bir rəvayətə görə isə, İsa bəy, Bakı milyonçularının biri ilə çox qısa bir müddətə bina tikdirə biləcək deyə mərc edir. İtaliyadan gələn memar binanı qısa müddətə ərsəyə gətirə bilmək üçün kanalizasiya sistemini qurban edir. Ona görə də, bir zamanlar bu binanı insanlar “Kanalizasiyasız ev” deyə adlandırıblar.Lakin sonradan məlum olmuşdurki, evdə kanalizasiya sistemi mövcuddur.

Əslində isə, İsa Bəy Hacınskinin binası Bakı milyonçulardan biri ilə mərc nəticəsində 3 ay ərzində tikdirib. Adı bilinməyən məşhur italyan memarı binanı qotik, barokko və modern üslublardan istifadə edərək inşa edib. Bu bina Bakıda klassik üslubda tikilən ilk hündür binalardan biridir.

368efe5fcc6cebfa2e0659e85611b4f3d5ca4e6c

 

Hacınskinin mülkündə bir neçə mərtəbdən ibarətdir: yaşayış üçün nəzərdə tutulan 4 mərtəbə və mağazalar üçün nəzərdə tutulan daha bir mərtəbə vardır. Mərtəbələrin biri digərini qətiyyən təkrar etmir.

Binanın üstündəki şpillər diqqəti çəkir. Belə söylənilir ki, bina tikilən zaman onun üzərində olan hər şpilin birinin qiyməti 1 milyona bərabərmiş. Bu onu göstərərdi ki, mülk tikilən zaman binada nə qədər şpil varsa, mülk sahibinin o qədər varidatı varmiş.

İsa bəy Hacınski dövrünün mütərəqqi şəxslərindən biri idi və eyni sözü onun ailə üzvləri haqqında da demək olar. Deyilənlərə görə, İsa bəy Hacınskinin oğlu hər gün bir rəngdə kostyum geyərmiş və küçədən keçən insan bilərdi ki, onun geyindiyi kostyumun rənginə görə bu gün həftənin hansı günüdür. İnsanlar onun oğlu öz faytonuna, maşına minərkən görəndə anlayırmışlar ki,demək artıq səhər saat 09:00 dır. Çünki, hər gün eyni anda evdən çıxıb fayton və ya maşını ilə yola düşərmiş.

Binanın üzərindəki sütünlədakı naxışlara diqqət yetirildiyində üzərində əncir, üzüm kimi naxışların olduğunu görə bilərik. Bu mülk sahibinin Abşeronlu olmasını bildirir. Daşdan yonulan müxtəlif fiqur və əsatirlər bu binada təkrarsız biz görkəm bəxş edir.

Hacınskinin bu mülkünü məşhur edən şəxsiyyətlər vardır. Sahibindən sonra Sovet dövründə burada Azərbaycanın görkəmli alimi Yusif Məmmədəliyev öz ailəsi ilə burada uzun müddət yaşamışdır. Daha bir səbəb, Fransa Müqavimət Hərəkatının başçısı Şarl de Qoll 1944- cü ilin noyabr və dekabr aylarında sözügədən binada qalmağıdır. Lakin, tarix onun bu binada hansı mərtəbə və hansı mənzillərdə qalmağını qeydə almamışdır.

Son olaraq onu da demək olar ki, Bakının heç bir yerindən Bakı bulvarı və Neftçilər prospekti bu qədər möhtəşəm görünmür.